Türk hakim milli komandaların oyununu yarımçıq tərk etdi
10
13:45 - 24 Mart 2025

UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab görüşlərində İrlandiya - Bolqarıstan matçının (2:1) hakimi oyunu yarımçıq tərk edib.
TNS xəbər verir ki, türk referi Halil Umut Meler görüşün 37-ci dəqiqəsində zədələnib. O, müalicədən sonra oyunu davam etdirə bilib. Lakin fasilə zamanı soyunub-geyinmə otağına gedən Meler ilk hissədə aldığı zədə səbəbindən daha sonra matçı idarə edə bilməyib.
Qeyd edək ki, Matçın ikinci hissəsinə onu 4-cü hakim Mehmet Türkmen əvəz edib.