Çingiz İsmayılov vəfat edib
13
22:09 - 23 Mart 2025

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş baş katibi Çingiz İsmayılov 89 yaşında vəfat edib.
TNS xəbər verir ki, bu barədə jurnalist İlqar Tağıyev sosial şəbəkədə məlumat yayıb.
Jurnalist bildirib ki, Çingiz İsmayılov aprelin 12-i 90 yaşını qeyd edəcəkdi.