Azərbaycan millisi Haitiyə məğlub olub
11
00:02 - 23 Mart 2025

Futbol üzrə Azərbaycan millisi Haiti yığması ilə yoldaşlıq oyunu keçirib.
TNS xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 2025-ci ilin ilk matçında rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edib.
Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan seçməsi yoldaşlıq oyununda martın 25-də Masazırda Belarus komandası ilə üz-üzə gələcək.