Biri sədr, digəri müavin oldu - FOTO
19
12:57 - 19 Mart 2025

Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının yeni tərkibi müəyyənləşib.
TNS xəbər verir ki, bu barədə MOK-dan məlumat verilib.
MOK-un inzibati binasında keçirilən iclasda Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini seçilib.
Yeni tərkibdə Leyla Əliyeva, İradə Aşumova, Hacı Əliyev, Nazim Babayev, Təranə Abbasova, Fatimə Alkərəmova və Rəsul Çunayev da yer alıb.