La Liqa: “Barselona” – “Osasuna” oyununun keçiriləcəyi tarix açıqlandı
12
21:40 - 17 Mart 2025

İspaniya Kral Futbol Federasiyası təxirə salınmış “Barselona” – “Osasuna” oyununun keçiriləcəyi tarixi açıqlayıb.
TNS xəbər verir ki, XXVII turun matçı martın 27-də reallaşacaq.
Qeyd edək ki, qarşılaşma martın 8-də baş tutmalı idi. Kataloniyalıların həkimi Karles Minyaro Qarsiyanın vəfat etməsi səbəbindən oyun təxirə düşüb.
La Liqada turnir cədvəlinə 60 xalla "Barselona" başçılıq edir. Osasuna 33 xalla 14-cü yerdədir.