Close

11:42
17 Mart 2025

Cavid Hüseynov istefaya göndərildi

“Səbail”in baş məşqçisi Cavid Hüseynov istefaya göndərilib.

TNS xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Cavid Hüseynov bu posta ötən il noyabrın 12-də təyin edilmişdi.