Close

19:29
16 Mart 2025

Ayxan Abbasovla bağlı qərar verildi

“Şamaxı” baş məşqçi Ayxan Abbasovla yeni müqavilə imzalayıb. 

TNS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Cari mövsümün əvvəlindən komandaya rəhbərlik edən çalışdırıcı, növbəti çempionatda da bölgə klubunda işləyəcək. Yeni müqavilənin müddəti növbəti mövsümün sonuna qədərdir.

Xatırladaq ki, 44 yaşlı mütəxəssis iki postu tutacaq. AFFA-nın planın əsasən “Şamaxı” U-21-in baza komandası olacaq.