Close

Boksçularımız beynəlxalq turniri üç medalla başa vurdular

Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turniri üç medalla başa vurub.

TNS Boks Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Məhəmmədəli Qasımzadə (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda Kruzito Kovaçsu (Macarıstan) 4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Tural Sarıyevlə (50 kq) Əli Abdullayev (65 kq) isə gümüş medala sahib olublar.