Close

XXVII tura bu gün yekun vurulacaq

Azərbaycan Premyer Liqasının XXVII turuna bu gün iki oyunla yekun vurulacaq.

TNS xəbər verir ki, əvvəlcə “Səbail” “Neftçi” ilə üz-üzə gələcək.

“ASCO Arena”da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq. Hazırda “Neftçi” 28 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. 18 xala malik “Səbail” isə sonuncu - 10-cudur.

Turun son matçı Tovuz şəhər stadionunda “Turan Tovuz”la “Sumqayıt” arasında baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.

Tovuz təmsilçisi 43 xalla turnir cədvəlinin dördüncü pilləsindədir. 8-ci yerdə qərarlaşan Sumqayıt klubunun 25 xalı var.

Azərbaycan Premyer Liqası

III dövrə, XXVII tur

16 mart

16:00. “Səbail” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

"ASCO Arena"

18:30. “Turan Tovuz” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov

VAR: Kamal Umudlu

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Tovuz şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" ilə (1:1), "Kəpəz" "Qarabağ"la (0:0), “Sabah” isə “Zirə” ilə (1:1) heç-heçəyə razılaşıb.