Close

19:21
12 Mart 2025
18:13
12 Mart 2025

Lamin Yamal UEFA Çempionlar Liqasında ilkə imza atdı

"Barselona" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Benfika"nı məğlub edib - 3:1.

TNS xəbər verir ki, kataloniyalıların vingeri Lamin Yamal matçdakı performansı ilə tarixə düşüb.

O, Çempionlar Liqası tarixində bir matçda həm qol vuran, həm də məhsuldar ötürmə edən ən gənc oyunçu olub.

Qeyd edək ki, Yamal 17 yaş 214 günündə bu ada sahib çıxıb.