Close

19:21
12 Mart 2025
18:13
12 Mart 2025

NBA klubunun sahibi vəfat etdi

Milli Basketbol Assosiasiyası (NBA) klublarından "Miluoki"nin sabiq oyunçusu və sahibi Junior Bricmen 72 yaşında vəfat edib.

TNS xəbər verir ki, bu barədə NBA-nın mətbuat xidməti məlumat yayıb.

Klub sahibinin ölüm səbəbi haqqında geniş məlumat verilməsə də, çərşənbə axşamı keçirilən xeyriyyə tədbiri zamanı xəstələndiyi bildirilib.

Qeyd edək ki, J.Bricmen karyerası ərzində "Miluoki" (1975-1984, 1986-1987) və "Los Anceles Klippers" (1984-1986) komandalarında çıxış edib. Basketbolçu karyerasını bitirdikdən sonra iş adamı kimi fəaliyyət göstərib. O, 2024-cü ilin sentyabrında "Miluoki"nin səhmlərinin 10 %-ni alıb.