Close

15:34
10 Mart 2025

10 nəfərlə "Qarabağ"a məğlub oldu - YENİLƏNİB

Matç başa çatıb.

Dörd qolun qeydə alındığı görüşün yekununda Ağdam təmsilçisi inamlı qələbəyə sevinib.

20:01

Bu gün Azərbaycan Premyer Liqasının 26-cı tura start verilib. 

TNS xəbər verir ki, ilk gündə bir matç keçirilir.

Turun mərkəzi oyununda “Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edir. 

Hazırda Ağdam klubu 60 xalla çempionatın vahid lideridir. Son 5 turda qələbə qazana bilməyən Naxçıvan təmsilçisi isə 46 xalla turnir cədvəlində üçüncüdür. 

Cari mövsüm bu komandaların qarşıdurmalarında “Qarabağ”ın üstünlüyü var. İlk dövrədə rəqibini 4:1 hesabı ilə hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası ikinci görüşdə də 3 xalı 2 cavabsız qolla qazanıb. 

Qeyd edək ki, turun digər oyunları martın 9-da və 10-da keçiriləcək. 

Azərbaycan Premyer Liqası, 26-cı tur

8 mart

19:00. “Araz-Naxçıvan” - “Qarabağ” - 1:1 (Fasilə) 

Qollar: Felipe Santos, 35 (1:0), Nəriman Axundzadə, 44
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
"Liv Bona Dea Arena"

9 mart

15:00. “Şamaxı” - “Sabah”

17:30. “Zirə” - “Səbail”

10 mart

17:00. “Sumqayıt” – “Kəpəz”

19:30. “Neftçi” - “Turan Tovuz”