"Beşiktaş"da yeni təyinat - RƏSMİ
24
21:51 - 02 Mart 2025

"Beşiktaş" yeni təyinatı açıqlayıb.
TNS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi idman direktoru vəzifəsinə Eduard Qrafı təyin edib. O, Türkiyə klubundan əvvəl Dortmund "Borussiya"sında 12 il ərzində çalışıb.
Qeyd edək ki, Eduard Qraf Almaniya klubundan ötən ilin noyabr ayında ayrılıb.