Close

Azərbaycan "Böyük Dəbilqə"də yeddinci oldu

Cüdo üzrə Azərbaycan komandası Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinin ümumi hesabında yeddinci yeri tutub.

TNS xəbər verir ki, Turan Bayramovun (60 kq) qazandığı gümüş medal sayəsində ölkəmiz Fransa, Kuba, Qazaxıstan, Braziliya, İtaliya və digərlərini qabaqlayıb.

Yaponiya birinci (5-4-2), Çin ikinci (2-0-2) və Özbəkistan isə üçüncü (1-3-8) olub.

Daşkənddə ümumilikdə 13 ölkənin cüdoçuları mükafatlar qazanıblar.