Close

16:53
03 Mart 2025

UEFA "Qarabağ"ı cərimələdi

UEFA-nın İntizam Komitəsi “Qarabağ”ı cəzalandırıb.

TNS xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Cəzaya Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda “Olimpiakos”la matçda baş vermiş müxtəlif pozuntular səbəb olub. Ağdam təmsilçisi “komandanın intizamsız davranışına” görə 9 min avro cərimələnib. Yunanıstan klubu da stadionun sektorlarından birinin dəhlizlərini bağladıqları üçün eyni məbləğdə cəzaya məruz qalıb.

Xatırladaq ki, sözügedən matç “Qarabağ”ın 0:3 hesablı məğlubiyyəti ilə bitmişdi.