"Napoli" - "İnter" oyununda qalib müəyyənləşməyib
3
23:27 - 01 Mart 2025

İtaliya A Seriyasında 27-ci turun mərkəzi oyunu keçirilib.
TNS xəbər verir ki, çempionluq mübarizəsi aparan "Napoli" və "İnter" komandaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 58-ə çatdıran "İnter" turnir cədvəlinə başçılıq edir. Rəqibindən 1 xal geri qalan "Napoli" isə 2-ci pillədə qərarlaşıb.