Close

12:00
01 Mart 2025

Neymar "Barselona"ya qayıtmaq istəyir

"Santos"un brazilyalı ulduz futbolçusu Neymar Junior karyerasını İspaniyada davam etdirə bilər.

TNS "The Athletic"ə istinadən xəbər verir ki, Neymar "Barselona"ya transfer olmaq istəyir.

33 yaşlı futbolçunun "Santos"la müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Neymar 2013-2017-ci illər ərzində "Barselona"da çıxış edib.