"Real"da ciddi itki
8
15:21 - 27 Fevral 2025

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos İspaniya kubokunun yarımfinalında “Real Sosyedad”la matçda zədələnib.
TNS xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilib ki, ispaniyalı futbolçu dizindən zədə alıb.
İlkin proqnozlara görə, 28 yaşlı oyunçu bir neçə ay oynamaya bilər. Təkrar müayinədən sonra onun durumu dəqiq bilinəcək.
Qeyd edək ki, ötən ilin payızında topuğu burxulduğuna görə 1 ay yaşıl meydanlardan kənarda qalan futbolçu bu mövsüm "Real"da 30 oyuna çıxıb və 2 qol ötürməsi edib.