Close

Azərbaycanda bu oyun təxirə salındı

Azərbaycan 1-ci liqasının 16-cı turu çərçivəsində bu gün keçirilməli olan "Mingəçevir" - "Difai" oyunu təxirə salınıb.

TNS xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Görüşün saat 14:00-da başlaması planlaşdırılırdı. Lakin qarşılaşma hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Bildirilib ki, matçın yeni vaxtı və digər detallarla bağlı əlavə məlumat veriləcək.