Close

1/4 final mərhələsinin cavab oyunlarına start verilir

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

TNS xəbər verir ki, bu gün iki matç keçiriləcək.

Ölkə çempionu "Qarabağ" "Səbail"lə üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da başlayacaq. İlk görüşdə Ağdam klubu qələbə qazanıb - 1:0.

Günün ikinci oyununda "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Matç saat 19:30-da başlayacaq. Tərəflər arasındakı ilk qarşılaşma qolsuz yekunlaşıb.

Qeyd edək ki, 1/4 final mərhələsinə fevralın 28-də gerçəkləşəcək "Zirə" - "Araz-Naxçıvan" (ilk oyun - 0:1) və "Neftçi" - "Kəpəz" (ilk oyun - 2:0) görüşləri ilə yekun vurulacaq.