"Barselona"nın baş məşqçisi fevral ayının ən yaxşısı seçildi
6
22:41 - 24 Fevral 2025

İspaniyanın "Barselona" kollektivinə rəhbərlik edən Hans-Diter Flik fevral ayı üçün La Liqada ən yaxşı baş məşqçi seçilib.
TNS xəbər verir ki, bu gün 60 yaşı tamam olan mütəxəssis səsvermədə, Xose Bordalas (“Xetafe”) və Karlos Korberanı (“Valensiya”) qabaqlayaraq ən yaxşı adına layiq görülüb.
Qeyd edək ki, "Barselona" bu ay 4 oyunda 4 qələbə qazanıb. Komanda 54 xalla turnir cədvəlində 1-ci sırada qərarlaşıb.