Close

17:32
24 Fevral 2025
16:43
24 Fevral 2025

Bu kluba xəbərdarlıq edildi

AFFA İntizam Komitəsi "Turan Tovuz" klubuna xəbərdarlıq edib.

TNS xəbər verir ki, buna bölgə təmsilçisinin milli assosiasiyanın və Peşəkar Futbol Liqasının imicinə zərər vuran əsassız bəyanat yayması səbəb olub.

Qeyd edək ki, "Turan Tovuz"un səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub etdiyi Misli Premyer Liqasının XXIV turunun oyunu TV vasitəsi ilə canlı yayımlanmayıb və matçda video köməkçi hakim (VAR) olmayıb. Klub bu səbəbdən görüşün təxirə salınmasını istəyərək bəyanat yaymışdı.