Azərbaycan çempionatlarında 200-cü məğlubiyyət

“Sumqayıt” Azərbaycan çempionatlarında 200-cü məğlubiyyətini alıb.
TNS PFL-in saytına istinadla xəbər verir ki, bu, Misli Premyer Liqasının 24-cü turuna təsadüf edib. Vaqif Cavadovun baş məşqçisi olduğu komanda səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzub.
Sumqayıtın eyniadlı komandası 424-cü matçda “200”ə çatıb. Məğlubiyyətlərin 88-i evdə, 112-si səfərdə qeydə alınıb. “Gənclik şəhəri” təmsilçisi ilk yenilgisini 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər görüşündə alıb – 1:2.
Qeyd edək ki, “Sumqayıt” ölkə çempionatları tarixinə 200 və daha çox oyunda uduzan 5-ci komandadır.