Close

Bu gün İstanbul derbisi var

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.

TNS xəbər verir ki, 25-ci turda “Qalatasaray” “Fənərbaxça”nı qəbul edəcək.

“Rams Park”da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Qarşılaşmanı sloveniyalı referi Slavko Vinçiç idarə edəcək.

Bu komandalar arasında ötən il keçirilən son görüşdə "Qalatasaray" 3:1 hesablı qələbə qazanıb. 

Hazırda turnir cədvəlində “Qalatasaray” 63 xalla liderdir. “Fənərbaxça” isə 57 xalla 2-cidir.

Türkiyə Superliqası, 25-ci tur

24 fevral

21:00. "Qalatasaray" – "Fənərbaxça"

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

“Rams Park”