Vüsal oynadı, komandası qalib gəldi
9
09:15 - 22 Fevral 2025

Türkiyə birinci liqasında 26-cı tura start verilib.
TNS xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” səfərdə “Manisa”nın qonağı olub.
Matça ehtiyat oyunçular skamyasından başlayan İsgəndərli 86-cı dəqiqədə Paul Mukairunun əvəzinə meydana çıxıb.
Görüş “Boluspor”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə sayəsində xallarının 37-ə çatdıran Vüsalın komandası turnir cədvəlində 7-ci pilləyə yüksəlib.