Close

22:20
21 Fevral 2025
21:30
21 Fevral 2025

“Qalatasaray” UEFA Avropa Liqasında mübarizəni dayandırdı

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

TNS xəbər verir ki, Türkiyənin “Qalatasaray” komandası azarkeşləri önündə “Alkmaar”ı qəbul edib.

"Sarı-qırmızılılar" 1:4 hesablı görüşün revanşında rəqibi ilə bacarmayıb.

Qarşılaşma 2:2 hesablı bərabərliklə nəticələnib.

Bununla da, "Qalatasaray" Avropa Liqası ilə vidalaşıb.