Derbinin hakimləri bəlli oldu
12
21:20 - 20 Fevral 2025

Türkiyə Superliqasının 25-ci turu çərçivəsində keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununu idarə edəcək hakimin adı açıqlanıb.
TNS xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) İstanbul derbisini sloveniyalı FIFA referisi Slavko Vinçiçə tapşırıb.
Ona Tomaj Klançnik və Andraj Kovaçiç köməklik edəcək. Dördüncü hakim funksiyasını Kadir Sağlam yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma fevralın 24-də "RAMS Park"da Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.