Premyer Liqanın 2025/2026 mövsümünün formatı açıqlandı
9
17:40 - 19 Fevral 2025

Misli Premyer Liqasının 2025/2026 mövsümünün formatı açıqlanıb.
TNS-in məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb.
Qərara əsasən, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olacaq.
III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək.
Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.