Azərbaycan I Liqasında komanda sayı artırılacaq

Azərbaycan I Liqasında 2025/2026 mövsümündə komanda sayı artırılacaq.
TNS-in məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb.
Belə ki, cari mövsüm I Liqada turnir cədvəlini sonuncu yerdə başa vuran klub II Liqaya düşəcək, II Liqadan isə ilk 3 yeri tutan komanda birbaşa I Liqaya yüksələcək.
I Liqada 9-cu yeri və II Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək.
Qalib komanda I Liqada mübarizə aparmaq hüququ qazanacaq.
Qeyd edək ki, cari mövsümün sonunda I Liqadan Premyer Liqaya 3 komanda yüksələcəyindən, belə bir sistem tətbiq olunacaq.