Close

22:20
21 Fevral 2025
21:30
21 Fevral 2025

Medina cəzalandırıldı

AFFA Azərbaycan Premyer Liqasının XXIII turunda baş tutan “Neftçi” – “Qarabağ” matçında yaşananlarla bağlı qərarlarını açıqlayıb.

TNS xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Bildirilib ki, “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilsin.

“Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Neftçi” klubu 1000 manat cərimə edilsin.

“Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilsin.

“Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Qarabağ” klubu 1500 manat cərimə edilsin.

“Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” klubu 1000 manat cərimə edilsin.

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun 47-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun 4 nömrəli futbolçusu İqor Ribeyro rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz-Naxçıvan” klubu 1000 manat cərimə edilsin.