Azərbaycan millisi Qazaxıstana qarşı
11
11:43 - 19 Fevral 2025

Bu gün Azərbaycan U-17 millisi UEFA İnkişaf Kubokunda 3-cü oyununa çıxacaq.
TNS xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan turnirdə Qazaxıstanla qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.
Qeyd edək ki, millimiz ilk oyununda Rusiyaya 0:3 hesabı ilə uduzub, 2-ci görüşündə isə İrana 1:0 hesabı ilə qalib gəlib.