Close

21:20
20 Fevral 2025

Koke ayağından ağır zədələndi

İspaniyanın "Atletiko" klubunun kapitanı Koke sıradan çıxıb.

TNS xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi sağ ayağının əzələsindən zədə alıb. Onun bərpa müddəti dəqiq açıqlanmayıb. İspaniya mətbuatında yazılanlara görə, kapitan martın sonuna qədər meydana çıxmayacaq.

Qeyd edək ki, İspaniya La Liqasının cari mövsümündə 23 oyun keçirən 33 yaşlı yarımmüdafiəçi bir qola və məhsuldar ötürməyə imza atıb, dörd sarı vərəqə alıb. "Atletiko" hazırda 50 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.