Fərid Qayıbovu bu vəzifədə kim əvəzlədi?

Fevralın 18-də Milli Oimpiya Komitəsinin lX Hesabat-seçki Baş Məclisi keçirilib.
TNS xəbər verir ki, bu barədə MOK-un yaydığı açıqlamada bildirilib.
Baş Məclisdən sonra MOK-un yeni seçilmiş İcraiyyə Komitəsinin ilk iclası olub. İclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə vitse-prezident, İcra Aparatının rəhbəri, Zemfira Meftaxetdinova və Fərid Mansurov MOK-un vitse-prezidentləri seçiliblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İcra Aparatının rəhbəri, Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara ölkəmizdə idman və Olimpiya Hərəkatı sahəsindəki fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbov bu dəfə MOK-un vitse-prezidentliyi və İK üzlüyündə yer almayıb. Onu vitse-prezident vəzifəsində Fərid Mansurov əvəzləyib.