Close

21:20
20 Fevral 2025

ÇL-də pley-offun ilk qalibləri müəyyənləşir

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları start götürəcək.

TNS xəbər verir ki, 1-ci oyun günündə 4 matç keçiriləcək.

Bununla da pley-offdan 1/8 finala adlayan ilk 4 komanda müəyyənləşəcək.

Ötən həftə səfərdə "Feyenoord"a uduzan "Milan" Niderland klubu ilə bu dəfə evdə qarşılaşacaq.

"Bavariya" ilk matçda məğlub etdiyi "Seltik"lə doğma meydanda üz-üzə gələcək.

Qeyd edək ki, pley-offun digər 4 oyunu sabah keçiriləcək. Mərhələnin qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

18 fevral

21:45. "Milan" (İtaliya) – "Feyenoord" (Niderland)

(İlk oyun - 0:1)

00:00. "Benfika" (Portuqaliya) – "Monako" (Fransa)

(İlk oyun - 1:0)

00:00. "Atalanta" (İtaliya) – "Brügge" (Belçika)

(İlk oyun - 1:2)

00:00. "Bavariya" (Almaniya) ­– "Seltik" (Şotlandiya)

(İlk oyun - 2:1)

19 fevral

21:45. “Borussiya” (Dortmund, Almaniya) - “Sportinq” (Portuqaliya)

(İlk oyun - 3:0)

00:00. PSV (Niderland) - “Yuventus” (İtaliya)

(İlk oyun - 1:2)

00:00. PSJ (Fransa) - “Brest” (Fransa)

(İlk oyun - 3:0)

00:00. “Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)

(İlk oyun - 3:2)