Close

"Neftçi" "Qarabağ"la matça 4 itki ilə çıxacaq

"Neftçi" Azərbaycan Premyer Liqasının 23-cü turunda “Qarabağ”la matçın hazırlığını başa çatdırıb. 

TNS xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb. 

“Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Bərpa dövrünü davam etdirdiyi üçün fərdi məşğul olan Andrey Ştoqrin, zədəli Elvin Camalov, həmçinin komanda ilə birlikdə məşqdə iştirak etsələr də, hələ tam hazır olmayan Dembo Darbo və Rafael Quzzo “Qarabağ”la görüşü buraxacaqlar

Qeyd edək ki, sabah “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:00-da başlanacaq.