Close

22:59
15 Fevral 2025

Dörd cüdoçumuz finalda!

Bakıda təşkil olunan "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın dörd cüdoçusu finala yüksəlib.

TNS xəbər verir ki, 73 kq çəkidə yarışan Rəşid Məmmədəliyev finalda yaponiyalı cüdoçu Tatsuki İşihara ilə üz-üzə gələcək.

Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə qarşılşacaq.

Zelim Tçkayev (81 kq) qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə mübarizə aparacaq. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli isə üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.

Qeyd edək ki, final qarşılaşmaları saat 17:00-da başlayacaq.