Juninyo zədələndi
9
14:49 - 15 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/15/211605_x9q3p1k0c3.jpg)
Braziliya Karioka Liqasında 9-cu turun oyunları keçirilib.
TNS xəbər verir ki, lider “Flamenqo” öz meydanında “Botafoqo”nu qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Qolu 55-ci dəqiqədə V.Optis vurub.
“Qarabağ”ın sabiq hücumçusu Juninyo start heyətdə meydana çıxıb. Matçın 11-ci dəqiqəsində 28 yaşlı futbolçu yerə yıxılıb və əvəzlənməsini istəyib. Onun yerinə meydana Bruno Enrike çıxıb.
Juninyonun yekun durumu tibbi müayinədən sonra müəyyənləşəcək.