Close

16 yaşında avrokubok rekordu qırdı

"Şemrok Rovers"in futbolçusu Maykl Nonan avrokuboklarda yeni rekord müəyyənləşdirib.

TNS xəbər verir ki, o, buna Konfrans Liqasının pley-off mərhələsinin "Molde" ilə ilk oyununda nail olub. 

16 yaş 198 günlüyündə olan hücumçu həmin matçda qol vurub və komandasına qələbə qazandırıb. Nəticədə Noonan bir avrokubok oyununda qol vuran ən gənc futbolçu adını qazanıb. O, Romelu Lukakunun rekordunu qırıb.

Bunu da qeyd edək ki, "Molde" ilə görüş Nonanın "Şemrok Rovers"də debüt oyunu olub.