Close

Tarixə düşən qolu vurdu, sabahısı məktəbə getdi - FOTO

İrlandiyanın “Şamrok Rovers” klubunun futbolçusu Maykl Nunan avrokuboklar tarixinə düşüb. 

TNS “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsində “Molde” il matçda komandasına qələbə gətirən qolu vurub. M.Nunan bununla avrokuboklar tarixində qol vuran ən gənc futbolçu olub.

O, buna 16 yaş 197 günlüyündə nail olub. Maraqlısı budur ki, M.Nunan qolu vurduğu günün sabahısı məktəbə gedib.

Onun tarixə düşən qolu vurduqdan sonra məktəbə getməsi dünya mediasının müzakirə mövzusu olub.

2