Close

23:20
18 Fevral 2025

Mbappe Fransa millisinə qayıdır

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kilian Mbappe Fransa millisinə qayıdır.

TNS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu barədə yığmanın baş məşqçisi Didye Deşam açıqlama verib.

Onun sözlərinə görə, 27 yaşlı hücumçu komandanın mart ayındakı təlim-məşq toplanışına dəvət ediləcək. Onun UEFA Millətlər Liqasında Xorvatiya seçməsi ilə 1/4 final oyunlarinda meydana çıxacağıq gözlənilir.

Qeyd edək ki, Kilian Mbappe ötən ilin payızında Fransa millisinin ardıcıl iki təlim-məşq toplanışında iştirak etməyib.