Close

23:20
18 Fevral 2025

“Fənərbaxça” “Anderlext”i böyük hesabla məğlub etdi

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.

TNS xəbər verir ki, Türkiyənin “Fənərbaxça” komandası İstanbulda “Anderlext”i qəbul edib.

"Sarı-lacivərdlilər" ilk dəqiqlərdən üstünlüyü ələ alıblar. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər matçında isə, "Ayaks" "Yunion"u səfərdə 2 cavabsız qolla məğlub etməyi bacarıb.