Close

Futbol agenti "Barselona"nı məhkəməyə verəcək

Futbol agenti İsaak Lopez İspaniyanın "Barselona" klubunu məhkəməyə verəcək.

TNS xarici KİV-ə istinadən xəbər verir ki, buna 2022-ci ildə "Sevilya"dan kataloniya təmsilçisinə keçən Jül Kundenin transferindəki 3 milyonluq komissiyanın hələ də ona ödənilməməsidir.

Müqavilə şərtlərində yer alan bəndə əsasən qarşı tərəf ona sözügedən məbləği ödəməli olsa da, "Barsa" üzərinə düşən öhdəliyi yerinə yetirmir.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi "Barselona"nın heyətində 124 oyun keçirib və 6 qol vurub.