Robert Levandovskinin "Barselona"dakı taleyinə aydınlıq gəldi
9
16:00 - 12 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/12/Ekran_skli_2025-02-12_160018.png)
"Barselona"nın polşalı ulduzu Robert Levandovski İspaniya klubu ilə müqavilə müddətini uzadıb.
TNS xəbər verir ki, forvard "Barselona" ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Robert Levandovski 2022-ci ildən Kataloniya təmsilçisinin şərəfini qoruyur. O, bu mövsüm "Barselona" forması ilə 33 oyunda meydana çıxıb, 31 qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.