“Kəpəz” cərimələndi
3
14:44 - 12 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/12/82b82b43-393f-3257-bd8d-14201b295ee8_850.jpg)
AFFA “Kəpəz” klubunu cərimələyib.
TNS xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna Gəncə klubunun Azərbaycan Premyer Liqasının XXII turunda “Araz-Naxçıvan”la matçda 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəb olub. Nəticədə klub 700 manat cərimələnib.