Çempionlar Liqasında erkən final
![](/upload/files/up3/Xeberler/2025/2/11/211408_kdh6vsm71i.jpg)
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.
TNS xəbər verir ki, 1-ci oyun günündə 4 matç keçiriləcək.
Günün maraqla gözlənilən oyunlarından biri İngiltərədə olacaq. Erkən final kimi də adlandırılan matçda "Mançester Siti" "Real"ı qəbul edəcək.
PSJ "Brest"lə qarşılaşacaq. "Yuventus" PSV ilə, Dortmund "Borussiya"sı isə "Sportinq"lə üz-üzə gələcək.
Qeyd edək ki, pley-offun qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.
11 fevral
21:45. “Brest” (Fransa) – PSJ (Fransa)
00:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
00:00. “Yuventus” (İtaliya) – PSV (Niderland)
00:00. “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)
12 fevral
21:45. "Brügge" (Belçika) - "Atalanta" (İtaliya)
00:00. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya)
00:00. "Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya)
00:00. "Feyenoord" (Niderland) - "Milan" (İtaliya)
Cavab oyunları
18 fevral
21:45. "Milan" (İtaliya) - "Feyenoord" (Niderland)
00:00. “Atalanta” (İtaliya) - “Brügge” (Belçika)
00:00. “Bavariya” (Almaniya) - “Seltik” (Şotlandiya)
00:00. “Benfika” (Portuqaliya) - “Monako” (Fransa)
19 fevral
21:45. “Borussiya” (Dortmund, Almaniya) - “Sportinq” (Portuqaliya)
00:00. PSV (Niderland) - “Yuventus” (İtaliya)
00:00. PSJ (Fransa) - “Brest” (Fransa)
00:00. “Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)