Close

17:41
11 Fevral 2025

Çamadanlarını da yığıb Bakıya qayıtdı - FOTO

"Qarabağ"ın yeni transferi Kadi Borges Bakıya qayıdıb.

TNS xəbər verir ki, ötən həftə Ağdam klubu ilə müqavilə imzalayan 28 yaşlı braziliyalı əşyalarını toplamaq və ailəsini Bakıya gətirmək üçün Budapeştə getmişdi.

O, "Qarabağ"a Macarıstanın "Ferensvaroş" klubundan transfer olunub.

Dünən Bakıya qayıdan Kadi Budepeşt hava limanından paylaşım edib. O, paylaşımına "Evimə qayıdıram" sözlərini yazıb.

Kadinin tezliklə "Qarabağ"ın məşqlərinə qatılacaq.

showpic_el100_n_4