Close

17:41
11 Fevral 2025

Ronaldo yeni müqavilə imzaladı

"Əl-Nəsr" futbolçusu Kriştiano Ronaldo ilə müqavilə müddətini artırıb. 

TNS xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. 

Bildirilib ki, 40 yaşlı hücumçu ilə imzalanan sözləşmə 2026-cı ilin yayına qədər olacaq. Rəsmi açıqlamanın yaxın zamanda olacağı gözlənilir. Portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistan klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. 

Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm "Əl-Nəsr"in heyətində 25 matça çıxaraq 23 qol vurub və 4 qolun ötürməsini edib.