Ronaldonun heykəli Nyu-Yorkun mərkəzində - FOTOLAR
12
09:47 - 07 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/7/211201_39ijlqfoua.jpg)
Nyu-Yorkun mərkəzi Tayms meydanında Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun heykəli qoyulub.
TNS xəbər verir ki, ulduz futbolçu abidədə Portuqaliya millisinin formasında, eləcə də şəhadət barmağı dodaqlarına yapışdırılmış vəziyyətdə təsvir olunub.
Heykəl Ronaldonun fevralın 5-də qeyd etdiyi 40 illik yubileyi şərəfinə ucaldılıb.
Əfsanəvi futbolçunun 3,65 metr hündürlüyündə olan bürünc heykəli heykəltəraş Serxio Furnari tərəfindən hazırlanıb.
Ronaldonun heykəli Portuqaliya millisinin formasında təqdim olunur.