İkardi Mourinyo və "Fənərbağça"nı ələ saldı - FOTO
16
16:01 - 04 Fevral 2025
"Qalatasaray" klubunun ulduz futbolçusu Mauro İkardi "Instagram" hesabından Joze Mourinyo və "Fənərbağça"nı ələ salıb.
TNS xəbər verir ki, "Fənərbağça" klubunun çalışdırıcısı Joze Mourinyo daha öncə "Qalatasaray"-"Qaziantep" matçı zamanı futbolçunun əllə oyununa işarə edən şəkil paylaşaraq "Həndbol üzrə dünya çempionu olan Portuqaliya millisini təbrik edirəm", - yazmışdı.
Mauro İkardi isə Joze Mourinyoya cavab olaraq "Fənərbağça" klubunun futbolçusunun əllə oynadığı şəkili paylaşaraq "Handbol üzrə dünya çempionu", - yazıb.