Azərbaycan millisi Yunanıstana qarşı
12
10:08 - 04 Fevral 2025
Bu gün Azərbaycan futzal millisi Avro-2026-nın əsas mərhələsi çərçivəsində 3-cü oyununa çıxacaq.
TNS xəbər verir ki, komanda Yunanıstanla qarşılaşacaq.
Görüş Bakı İdman Sarayında keçiriləcək və saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi bundək İsveçlə 3:3 hesablı heç-heçə edib, Xorvatiyaya isə 2:9 hesabı ilə uduzub.
Avro-2026. Əsas mərhələ, 5-ci qrup
20:00. Azərbaycan – Yunanıstan
Hakimlər: Telmen Undrakh (Norveç), Yakob Pavlovski (Almaniya), Dag Erik Tangvik (Norveç)
Timekeeper: Ramil Namazov (Azərbaycan)
Bakı İdman Sarayı